fbpx

Dondurma kuzovu – müxtəlif dondurulmuş qida məhsullarının daşınması üçün nəzərdə tutulmuşdur.
Divar qalınlığı 120mm-1500 mm arası olur.
Daxili və xarici divar örtükləri 3-4mm qalınlıqda fiberglass kuzov uzunluğuna görə 600x900mm və ya 700x1100mm ölçülü 3+3 və ya 4+4 ədəd bərabər məsafəli yan qapı ilə təchiz olunur.
Daxildə yükün yerdəyişməsinin qarşısını almaq və malların növlərinə görə yerləşdirilməsinə imkan verən alüminium arakəsmələr qoyulur. Döşəmədə soyuducu qurğunun lövhələrindəki buzun əriməsi və döşəmənin yuyulması zamanı su axıntılarının xaric olunması üçün drenaj kanalı qoyulur.
Soyuducu qurğu eyni zamanda 380v elektrik şəbəkəsindən 8 saat ərzində kuzovun daxilindəki temperature – 32 C – yə qədər endirir. Kuzovun qapı rezinləri şaxtaya davamlı çoxpilləli rezindən hazırlanır.