fbpx

Quru yük kuzovları – temperatur rejiminin gözlənilməsi tələb olunmayan, -40 ilə +40 dərəcəyə qədər və hava rütubəti 80% -ə qədər geniş temperatur intervalında işləmək üçün nəzərdə tutulmuşdur.
Kuzovun forması – sendviç panel/ düzbucaqlı düzsəthli dam, kuzov çərçivəsiz sendviç panellərdən istifadə edilməklə hazırlanır. Döşəmə aşınmaya davamlı, nəmə davamlı materialdan hazırlanır. Divarlar boyunca, döşəmənin kənarları boyunca yükü bərkitmək üçün tutacaqlar quraşdırılmışdır.
Divar qalınlığı – 40 mm
Material – fiberglass və ya ağ list
Arxa çərçivə – paslanmaz metal
Arxa qapı – 2 ədəd
Yan qapı – 1 ədəd
Qapı sıxıcı (açıq qapını saxlamaq üçün)
Döşəmə – dəmir paxlava 3-4 mm və ya polyvood 21 mm
Kuzovun işıqlandırılması
Arxa addım bamperi
Profildən yığılmış rəf (istəyə görə)
Yan qoruma dayaqları
Qapı rezinləri