





Soyuduculu kuzov – Tez xarab olan – soyudulmuş, dondurulmuş, dərin dondurulmuş və medikoment məhsulların daşınması üçün nəzərdə tutulub. (-25 +20 ). Kuzovun divarları müxtəlif qalınlığa malik olan çərçivəsiz sendviç panellərdən istifadə edilməklə hazırlanır. Kuzovun divarlarının istilik izolyasiyası bütövlükdə sendviç panelinin bütün elementlərinin ümumi qalınlığından asılıdır. Bu göstərici, daşınan yük meyarlarını və sifarişçinin istismar istəklərini nəzərə alaraq fərdi olaraq seçilir. Eyni zamanda kuzovu daxili arakəsmə ilə bir neçə hissəyə də ayırmaq olar və bu bölmələrin hər biri öz temperatur rejiminə sahib olacaq. Bunun sayəsindədə müxtəlif temperatur rejiminə malik fərqli məhsulları eyni kuzovda daşımaq olar.
Divar qalınlığı – 80-100 mm
Material- fiberglass (ultrabənövşəyi radiasiyaya davamlı) və ya ağ list
Evaporator
Condenser
Arxa çərçivə- paslanmaz metal
Arxa qapı – 2 ədəd
Yan qapı – 1 ədəd (istəyə görə)
Kuzovun daxili işıqlandırılması – 6vatt kvadrat led işıq – 3 ədəd (və ya 4 ədəd)
Döşəmə örtüyü – dikt + polyuereya və ya aluminyum paxlava
(istəyə əsasən kuzovun arxa hissəsinə hidrovlik qaldırıcı lift quraşdırıla bilər)
Yan qoruma dayaqları
Arxa qoruyucu rezinlər
Qapı sıxıcı – (açıq qapını saxlamaq üçün)
Arxa salafan pərdə – jalüz (soyuq havanın itirilməməsi üçün).